Londonda avtomobil insanların üzərinə gedib, xəsarət alanlar var

Londonda avtomobil insanların üzərinə gedib, xəsarət alanlar var Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-qərbində avtomobilin bir qrup insanın üzərinə getməsi nəticəsində ən azı yeddi nəfər yaralanıb.
Digər ölkələr
14 İyul , 2019 07:43
Londonda avtomobil insanların üzərinə gedib, xəsarət alanlar var

Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-qərbində avtomobilin bir qrup insanın üzərinə getməsi nəticəsində ən azı yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Daily Star” nəşri yayıb. Qəzetin xəbərinə görə, hadisə Battersi rayonu ərazisində, otelin qarşısında qeydə alınıb.

Hadisə yerinə polislər cəlb edilib, üç nəfər qətl törətməyə cəhddə və dörd nəfər isə ictimai asayişi pozmaqda şübhəli bilinərək saxlanılıb.

Qeyd olunub ki, xəsarət alanlardan birinin ayağı sınıb və yaralı şəxs xəstəxanaya aparılıb. 

Son xəbərlər

Orphus sistemi