Bakı. 12 noyabr. REPORT.AZ/ Londonda marşrut avtobus idarəetmədən çıxaraq dayanacağa girib.
“Report” BBC-yə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər xəsarət alıb, ölənlərin olması barədə məlumat yoxdur.
Yaralılardan 18-i xəstəxanaya yerləşdirilib. Lakin onlardan biri hadisə yerindən vertolyotla təxliyyə olunub.
Avtobus sürücüsünün sükan arxasında içkili vəziyyətdə olduğu bildirilir. O, saxlanılıb.
Bundan əvvəl Saatlıda baş vermiş qəzada ana və 1 yaşlı oğlu həyatını itirib.