Londonda atışma zamanı azı 3 nəfər yaralanıb

Londonda atışma zamanı azı 3 nəfər yaralanıb Bakı. 18 noyabr. REPORT.AZ/ Londonun şimal hissəsində atışma zamanı azı 3 nəfər yaralanıb.
Digər ölkələr
18 Noyabr , 2018 05:14
Londonda atışma zamanı azı 3 nəfər yaralanıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Londonun şimal hissəsində atışma zamanı azı 3 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Daily Mail" nəşri yazıb.

Bildirilir ki, hadisə yerli vaxtla 18:00-da Enfilddə, insanlar dəmiryolu stansiyası yaxınlığında Milad öncəsi bazarlıq edən zaman baş verib.

Hadisə nəticəsində 3 nəfər xəstəxanaya yerləşdirilib. Bildirilir ki, onlardan ikisi odlu silah yarası alıb.

Ərazi mühasirəyə alınıb. Hazırda saxlanılanlar barədə məlumat yoxdur.

Bundan əvvəl Londonda marşrut avtobus idarəetmədən çıxaraq dayanacağa girib.

Son xəbərlər

Orphus sistemi