Yuxarı

Londona ilk dəfə qadın polis rəisi təyin olunub

Londona ilk dəfə qadın polis rəisi təyin olunub
Kressida Dik 30 ildən artıqdır polis işləyir

Bakı. 10 aprel. REPORT.AZ/ London şəhəri polisinin 188 illik tarixində ilk dəfə qadın rəis təyin olunub.

“Report” “dw”yə istinadən xəbər verir ki, 56 yaşlı Kresida Dik London Şəhər Polis İdarəsinə, “Skotlend-Yard”a başçılıq edəcək.

Məlumata görə, şəhər meri Sadik Xan bu hadisəni “London tarixində tarixi gün” adlandırıb.

Xəbərdə bildirilib ki, Kressida Dik 30 ildən artıqdır polis işləyir. O, Oksford Universitetinin məzunudur. Bundan əvvəl o, Britaniya Xarici İşlər Nazirliyində vəzifə daşıyıb. Hazırda onun tabeliyində 43 min polis əməkdaşı var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi