London "Skripal işi"nə görə Rusiya diplomatlarını ölkədən çıxara bilər

London "Skripal işi"nə görə Rusiya diplomatlarını ölkədən çıxara bilər Bakı. 13 mart. REPORT.AZ/ Böyük Britaniya hökuməti SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi ilə əlaqədar silsilə tədbirlərə Rusiya diplomatlarının ölkədən qovulması ilə başlaya bilər.
Digər ölkələr
13 Mart , 2018 06:57
London Skripal işinə görə Rusiya diplomatlarını ölkədən çıxara bilər

Bakı. 13 mart. REPORT.AZ/ Böyük Britaniya hökuməti SSRİ Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın Solsberi şəhərində zəhərlənməsi ilə əlaqədar silsilə tədbirlərə Rusiya diplomatlarının ölkədən qovulması ilə başlaya bilər.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, London həmçinin Böyük Britaniyada əmlak əldə etdikləri vəsaitlərin mənşəyinin qanuniliyini sübut edə bilməyən Kremllə əlaqəli Rusiya oliqarxları və məmurlarının aktivlərini dondura bilər.

Nəşrin ehtimalına görə, London Qərbi Balkan ölkələrinin sammitindən "Rusiya təsiri ilə mübarizə" üçün regionun siyasi qüvvələrinə dəstək göstərmək məqsədi ilə istifadə edə bilər. Eyni zamanda, Britaniya NATO-da alyansın Baltikyanı ölkələrdə hərbi iştirakının gücləndirilməsinə təkan verməyə başlaya bilər.

Son xəbərlər

Orphus sistemi