Yuxarı

London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb

​London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb

London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Məlumata görə, 63 yaşlı şahzadə beş saat polis idarəsində saxlanılıb və ona qarşı hər hansı bir ittiham sürülmədən sərbəst buraxılıb.

Qeyd olunub ki, şahzadə qlobal istiləşmə ilə mübarizə aparan ekoloji hərəkatın oturma aksiyasında iştirak edib.

İngiltərə polisi artıq şəhərin mərkəzində ekoloji fəlakətə qarşı etiraz aksiyası keçirən 1100-dən çox insanı saxlayıb. Onlar paytaxtın hər yerində, o cümlədən Trafalqar meydanında əsas yolları bağlayaraq düşərgələr qurublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi