Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu

Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu Liviyanın sabiq baş naziri Mahmud Cibril vəfat edib.
Digər ölkələr
5 Aprel , 2020 17:27
Liviyanın keçmiş baş naziri COVID-19-un qurbanı oldu

Liviyanın sabiq baş naziri Mahmud Cibril vəfat edib.

“Report” xarici xəbər mətbuata istinadən xəbər verir ki, o, Misirdə dünyasını dəyişib.

Qeyd edilir ki, sabiq hökumət başçısı koronavirusun qurbanı olub. 

Son məlumatlara görə, dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.

Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi