Yuxarı

Liviyanın Derna şəhəri terrorçulardan tam azad edilib

Liviyanın Derna şəhəri terrorçulardan tam azad edilib

Bakı. 29 iyun. REPORT.AZ/ Liviya milli ordusu terrorçuların nəzarəti altında olan Derna şəhərini tam azad edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

2011-ci ildə Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra terrorçuların nəzarətinə keçən şəhərin azad olunmasına may ayının əvvəlindən başlanıb.

Dernada İŞİD, "Əl-Qaidə", "Ceyş əl-İslam" və s bu kimi müxtəlif terror qruplaşmalarından olan yaraqlılar sığınacaq tapmışdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi