Yuxarı

Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub: həlak olanlar var

Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub: həlak olanlar var
Atəş nəticəsində 3 nəfər həlak olub
© Courtesy İmage

Bakı. 4 may. REPORT.AZ/ Liviyanın Benqazi şəhəri raket atəşinə tutulub.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Xəbərdə bildirilir ki, atəş nəticəsində 3 nəfər həlak olub. Agentliyin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, raket şəhərin cənub-şərq hissəsindəki üçmərtəbəli yaşayış binasına düşüb. 

Partlayış nəticəsində həmçinin yaxınlıqdakı bir neçə avtomobilə, mağazaya da ziyan dəyib.

Xatırladaq ki, 2011-ci ilin oktyabrında Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviyada ikihakimiyyətlilik yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi