Liviyada terrorçuların seçki komissiyasına hücumu nəticəsində 11 nəfər ölüb

Liviyada terrorçuların seçki komissiyasına hücumu nəticəsində 11 nəfər ölüb Bakı. 2 may. REPORT.AZ/ Liviyada Ali Seçki Komissiyasının qərargahına edilən terror hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Digər ölkələr
2 May , 2018 16:43
Liviyada terrorçuların seçki komissiyasına hücumu nəticəsində 11 nəfər ölüb
Fоtо : Dennixo

Bakı. 2 may. REPORT.AZ/ Liviyada Ali Seçki Komissiyasının qərargahına edilən terror hücumu nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, azı iki nəfər də yaralanıb və onlar arasında qadın da var.

Daha əvvəl seçki komissiyasının sədri Səid əl-Kudabi yerli "Kanal 218"ə açıqlamasında aralarında terrorçu-kamikadzelərin də olduğu terrorçuların bu gün Tripoli şəhərində Ali Seçki Komissiyasının qərargahına soxulduğunu, binada kamikadzelərin özlərini partlatdıqlarını söyləyib.

"Al-Arabia" telekanalının məlumatına görə, güc strukturları əməkdaşları hadisə yerində iki terrorçunu məhv edib. Hücum zamanı terrorçuların xarici vətəndaşlar da daxil olmaqla, bir neçə əsir götürə biləcəyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi