Yuxarı

Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

​Liviyada silahlı toqquşma nəticəsində 13 nəfər ölüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli şəhərində baş verən silahlı toqquşma nəticəsində azı 13 nəfər ölüb, daha 52 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Liviya milli razılıq hökumətinin Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

Nazirlik münaqişə tərəflərini beynəlxalq humanitar hüququ pozmamağa və həkimlərin işinə mane olmamağa çağırıb.

Tripolidə silahlı toqquşmalar üç gündür davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi