​Liviyada partlayış və İŞİD-lə toqquşma nəticəsində 32 hərbçi həlak olub

​Liviyada partlayış və İŞİD-lə toqquşma nəticəsində 32 hərbçi həlak olub Daha 50 nəfərin yaralandığı bildirilir
Digər ölkələr
19 May , 2016 02:36
​Liviyada partlayış və İŞİD-lə toqquşma nəticəsində 32 hərbçi həlak olub

Bakı. 19 may. REPORT.AZ/ Ötən gün Liviyada minalanmış avtomobilin partladılması və İŞİD silahlıları ilə toqquşma nəticəsində 32 hökumətyönlü hərbçi həlak olub, daha 50 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

İnsidentlər Liviyanın Sirt şəhəri yaxınlığında baş verib.

"Bugünkü qurbanların sayı 32 nəfərə çatıb, daha 50 nəfər yaralanıb", — deyə Liviya milli barışıq hökuməti tərəfindən yaradılmış idarəetmə məntəqəsinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi