Bakı. 25 may. REPORT.AZ/ Liviyanın Benqazi şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, daha 20-si yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Partlayış şəhərin mərkəzində, "Tibesti" mehmanxanası yaxınlığında olub. Hadisənin təfərrüatları barədə mlumat yoxdur.