Yuxarı

Liviyada köçkün düşərgəsinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub

Liviyada köçkün düşərgəsinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Liviyanın paytaxtı Tripolidə məcburi köçkün düşərgəsi atəşə tutulub.

"Report"un məlumatına görə, bu barədə TASS "Sky News Arabia" telekanalına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, Tavarqa şəhərindən olan 1200 məcburi köçkünün məskunlaşdığı "Əl-Fallyəh" düşərgəsinin minaatanlardan atəşə tutulması nəticəsində 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.

Məlumata görə, ərazidə bir mərmi partlayıb. Atəş nəticəsində düşərgəyə maddi zərər də dəyib.

Liviyanın paytaxtı ətrafındakı cənub və şimal şəhərlərində düşmənçilik edən qruplaşmalar arasındakı döyüşlər artıq bir həftədir səngimir. Məlumata görə, toqquşmalar zamanı 40-dan çox insan həlak olub, onlarla yaralı var. Onların əksəriyyəti dinc sakinlərdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi