​Liviyada 20 xristian terrorçular tərəfindən oğurlanıb

​Liviyada 20 xristian terrorçular tərəfindən oğurlanıb Oğurlanan insanların şəxsiyyəti müəyyən edilməyib
Digər ölkələr
4 Yanvar , 2015 00:43
​Liviyada 20 xristian terrorçular tərəfindən oğurlanıb
Bakı. 4 yanvar. REPORT.AZ/ Liviyada son bir neçə gün ərzində 20 misirli xristian terrorçular tərəfindən oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə hökumətə yaxın mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Ənsar əl-Şəriə" terror qruplaşmasının silahlıları yanvarın 3-də Sirt şəhərində 13 nəfəri oğurlayıblar, daha yeddi nəfər isə son bir neçə gün ərzində qaçırılıb.

O qeyd edib ki, oğurlanan insanların şəxsiyyəti müəyyən edilməyib. Bundan əlavə, onlar Kopts pravoslav kilsəsinin üzvləridirlər. 

Son xəbərlər

Orphus sistemi