Liviya sahillərində saxlanılan gəmidə 50-dək cəsəd aşkarlanıb

Liviya sahillərində saxlanılan gəmidə 50-dək cəsəd aşkarlanıb Hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır
Digər ölkələr
26 Avqust , 2015 23:22
Liviya sahillərində saxlanılan gəmidə 50-dək cəsəd aşkarlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ Liviya sahillərində saxlanılmış gəminin yük bölməsində 50-dək cəsəd aşkar olunub.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, həmin gəminin göyərtəsində olan daha 430 insan İsveç patrul gəmisi tərəfindən xilas edilib.

Xilasetmə əməliyyatını Avropa İttifaqının Aralıq Dənizindəki Frontex donanması həyata keçirib.

İtaliya rəsmilərinə əsasən, hazırda Liviya sahillərində miqrantların xilasetməsi üzrə 10-dək əməliyyat aparılır. 

Liviya qaçaqmalçıları yaxşı hava şəraitindən faydalanaraq Avropa sahillərinə miqrantlarla dolu gəmilər göndərirlər. BMT bu il Avropaya çatmağa cəhd edərkən 2000-dən artıq miqrantın öldüyünü bildirir.

Son xəbərlər

Orphus sistemi