Liviya sahillərində qayığın batması nəticəsində 31 miqrant ölüb

Liviya sahillərində qayığın batması nəticəsində 31 miqrant ölüb Daha 80 nəfər ağır vəziyyətdə Tripolidəki hərbi bazaya aparılıb
Digər ölkələr
26 Noyabr , 2017 02:27
Liviya sahillərində qayığın batması nəticəsində 31 miqrant ölüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Liviya sahillərində qayığın batması nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, 31 miqrant həlak olub.

"Report" İtaliyanın "Corriere della sera" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Ayub Qasim məlumat yayıb.

Qeyd olunur ki, onlardan 3-ü uşaq, 18-i qadındır. Daha 80 nəfər ağır vəziyyətdə xilas edilərək Tripolidəki hərbi bazaya aparılıb.

Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, ilkin məlumata görə, qayıq həddən yüklənmədən çevrilib.

Liviya dənizçiləri xilasetmə əməliyyatının gedişatında həmçinin 120 miqrantın olduğu salı da aşkar ediblər. Beləliklə, ümumilikdə Liviyanın Sahil Mühafizəsi 200 insanı xilas etməyə müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi