​Liviya sahillərində 120-dən çox miqrantın cəsədi tapılıb

​Liviya sahillərində 120-dən çox miqrantın cəsədi tapılıb Onların əksəriyyəti Afrikadan olan mühacirlərdir
Digər ölkələr
31 İyul , 2016 18:49
​Liviya sahillərində 120-dən çox miqrantın cəsədi tapılıb

Bakı. 31 iyul. REPORT.AZ/ İyul ayında Liviyanın qərb sahillərində Aralıq dənizi ilə Avropaya gedərkən gəmi qəzasına uğramış 120-dən çox miqrantın cəsədi tapılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sahildə yerləşən Sabrata şəhərinin meri hökumətin hər gün meyit aşkar etdiyini bildirib.

Onların əksəriyyəti Saxaranın cənubunda yerləşən Afrika ölkələrinin sakinləridirlər, lakin aralarında 23 tunisli miqrantın da cəsədi var.

Son xəbərlər

Orphus sistemi