KİV: Liviya Prezident Şurasının sədr müavini general Haftarın tərəfinə keçib

KİV: Liviya Prezident Şurasının sədr müavini general Haftarın tərəfinə keçib Liviya Prezident Şurasının sədr müavini Əli əl-Katrani istefa verdiyini açıqlayıb
Digər ölkələr
8 Aprel , 2019 12:12
KİV: Liviya Prezident Şurasının sədr müavini general Haftarın tərəfinə keçib

Liviya Prezident Şurasının sədr müavini Əli əl-Katrani istefa verdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Al-Arabia" telekanalı Əl-Katraninin açıqlamasına istinadən məlumat yayıb.

Əl-Katrani bu qərarını Milli Razılıq Hökumətinin Baş naziri Fayez Sərracın qərarları təkbaşına verməsinə narazılıq bildirməsi əlaməti kimi izah edib.

Onun sözlərinə görə, F.Sərrac "üsyançılar"ın davranışı Liviyanı yalnız daha da əziyyətə qatlaşdıracaq və parçalanmalara səbəb olacaq.

Digər KİV-lər sədr müavininin Liviya paytaxtı Tripolidə marşal Xəlifə Haftarın rəhbərliyi altında Liviya Milli Ordusunun keçirdiyi hərbi əməliyyatlara dəstək verdiyi barədə məlumat yayır.

Qeyd edək ki, son günlərdə F.Sərrac və X.Haftar qüvvələri arasında baş verən qarşıdurmalarda 32 nəfər ölüb, təqribən, 50 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi