Yuxarı

Liviya ordusu neft terminallarına nəzarəti bərpa edib

Liviya ordusu neft terminallarına nəzarəti bərpa edib

Bakı. 21 iyun. REPORT.AZ/ Feldmarşal Xalif Xaftarın başçılıq etdiyi Liviya milli ordusu neft terminallarını silahlıların əlindən geri alıb.

“Report” “Sky News” telekanalına istinadən xəbər verir ki, bunu Liviya Silahlı Qüvvələrinin təmsilçisi, briqada generalı Əhməd əl-Mismari bildirib.

“Ordu neft ayparası bölgələrinin bütün limanlarında, o cümlədən Ras-Lanuf və Əs-Sidr üzərində nəzarəti bərpa edib”, - o vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi