​Liviya qoşunları Misurat şəhərinə havadan zərbə endirib

​Liviya qoşunları Misurat şəhərinə havadan zərbə endirib İtkilər barədə hələ ki, məlumat yoxdur
Digər ölkələr
28 Dekabr , 2014 19:57
​Liviya qoşunları Misurat şəhərinə havadan zərbə endirib

Bakı. 28 dekabr. REPORT.AZ/ Liviyada hökumət tərəfdarları ilk dəfə olaraq üsyançı terrorçuların qərarlaşdığı Misurat şəhərinə havadan zərbə endiriblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, hədəf hava limanı və poladtökmə zavodu olub.

İtkilər barədə hələ ki, məlumat yoxdur.

Bombardıman, bu həftə "Liviya şəfəqi" terror qruplaşması üzvlərinin ölkənin əsas neft terminallarına endirdikləri raket zərbələrinə cavab xarakteri daşıyıb.

"Liviya şəfəqi" terror qruplaşması ölkə paytaxtı Tripolini zəbt edib və orada öz hökumətini yaradıb.

Liviyada silahlı münaqişə ölkənin əvvəlki lideri Müəmmar Qəddafinin devrilməsindən sonra başlayıb və üç ildir davam edir. 

Son xəbərlər

Orphus sistemi