Yuxarı

Livanın istefa verən baş naziri Rusiya səfiri ilə görüşüb

Livanın istefa verən baş naziri Rusiya səfiri ilə görüşüb
Mariya Zaxarova: Səəd əl-Həriri Ər-Riyadda xarici dövlətlərin təmsilçiləri ilə də görüşür
Livanın istefa verən baş naziri Səəd ƏL-Hərir

Bakı. 16 noyabr. REPORT.AZ/ "Livanın istefa verən baş naziri Səəd ƏL-Həriri Ər-Riyadda Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri ilə görüşüb".

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 16-da Moskvada keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Səəd əl-Həriri Ər-Riyadda xarici dövlətlərin təmsilçiləri ilə də görüşür.

Qeyd edək ki, S.Həriri noyabrın 4-də istefa verib. Onun hazırda Səudiyyə Ərəbistanında olduğu bildirilir. O, yaxın günlərdə Livana qayıdacağını deyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi