Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb

Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb Hərbi kəşfiyyat Basil Əbdül Qadirin tutulması əməliyyatını uğurla yerinə yetirib
Digər ölkələr
22 Avqust , 2017 00:24
Livan ordusu İŞİD rəhbərlərindən birini yaxalayıb

Bakı. 22 avqust. REPORT.AZ/ Livanın hərbi kəşfiyyatı Ərsal yaxınlığında orduya hücumda və 2014-cü ildə hərbi qulluqçuların oğurlanmasında iştirak etmiş İŞİD terror qruplaşmasının başçılarından biri Basil Əbdül Qadirin tutulması əməliyyatını uğurla yerinə yetirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Ərsalda, Vadi Əl-Araneb ərazisində saxlanılıb. 

İŞİD-in təhlükəsizlik məsələləri üzrə cavabdeh olan "Sakir Ərsal" ləqəbli terrorçu Suriya vətəndaşıdır. Hərbi mənbənin verdiyi məlumata görə, o, həmçinin 2014-cü ildə Əl-Hüsnə hücumda və Livan əsgərlərinin oğurlanmasında, öldürülməsində ittiham edilir.

İŞİD terrorçuları 2014-cü ilin avqustunda Suriya ilə sərhəddə, Ərsalda Livan ordusunun mövqelərinə hücum edərək 9 hərbi qulluqçunu oğurlayıblar. Onların taleyi bu günə kimi naməlumdur.

Livan ordusunun komandanlığı şənbə günü Suriya ilə sərhəddə İŞİD əleyhinə əməliyyata başladığını bildirib.

Son xəbərlər

Orphus sistemi