Yuxarı

Litvada mülki vertolyot qəzaya uğrayıb

​Litvada mülki vertolyot qəzaya uğrayıb

Cümə günü Litvada mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şyəuləy qəza polis komisarlığının nümayəndəsi Qaylute Smaqrünene bildirib.

"Yonişkski rayonunun Barisyay qəsəbəsinin mülki aerodromunda uçuş zamanı iki yerlik vertolyot qəzaya uğrayıb və təqribən 50 metrdən yüksəklikdən yerə düşüb", - deyə o söyləyib.

Bu, yerli həvəskarlar tərəfindən əldə edilən özəl uçan aparat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi