Litvada Baş nazirlə münaqişədən sonra 3 nazir istefaya göndərilib

Litvada Baş nazirlə münaqişədən sonra 3 nazir istefaya göndərilib Bakı. 7 dekabr. REPORT.AZ/ Litva Prezidenti Dalya Qribauskayte hökumətin üç üzvünün - təhsil və elm naziri Yurqita Pyatrauskene, mədəniyyət naziri Liana Ruokite-Yonsson və ətraf mühit naziri Kyastutis Navitskasın istefasını qəbul edib.
Digər ölkələr
7 Dekabr , 2018 12:08
Litvada Baş nazirlə münaqişədən sonra 3 nazir istefaya göndərilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Litva Prezidenti Dalya Qribauskayte hökumətin üç üzvünün - təhsil və elm naziri Yurqita Pyatrauskene, mədəniyyət naziri Liana Ruokite-Yonsson və ətraf mühit naziri Kyastutis Navitskasın istefasını qəbul edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Prezident onların işdən çıxarılmasına dair müvafiq sərəncam imzalayıb. Mədəniyyət nazirinin vəzifədən azad edilməsi haqqında sərəncam dekabrın 21-də, digər ikisi barədə sərəncam isə bu gün qüvvəyə minir.

Qeyd olunur ki, bu üç nazirin vəzifədən çıxarılması Litvanın Baş naziri Saulyus Skvyarnyalislə yaşadıqları münaqişədən sonra baş verib. Dekabrın 5-də Prezidentlə görüşdən sonra L.Ruokite-Yonsson və K.Navitskas daha baş nazirlə işləmək istəmədiklərini bildiriblər, onu təzyiq göstərməkdə və nazirlərin arxasında gizlənməkdə ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi