Yuxarı

Litva İnterpolu tərk edə bilər

Bakı. 20 noyabr. REPORT.AZ/ Litva Seymi İnterpolun başçısı postuna rusiyalı Aleksandr Prokopçukun seçiləcəyi təqdirdə, təşkilatdan çıxmaq ehtimalı haqqında qətnamə qəbul edib.

Bu barədə "Report" "Delfi"yə istinadən xəbər verir.

Xatırladaq ki, İnterpolun keçmiş prezidenti Men Hunvey sentyabrın sonlarında yoxa çıxıb. Ardından onun Çində saxlanıldığı ortaya çıxıb, hökumət onu korrupsiyaya qurşanmaqda şübhəli bilir. Nəticədə M.Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib.

Böyük Britaniyanın "Times" qəzeti isə A.Prokopçuku İnterpolun yeni rəhbəri olmağa əsas namizəd adlandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi