Yuxarı

"Lima qrupu" Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb

​"Lima qrupu" Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Lima qrupu"nun 11 iştirakçı ölkəsi Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

"Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru hökumətləri, bu gün konstitusiya normaları və Nikolas Maduro rejiminin qeyri-qanuniliyinə müvafiq olaraq Bolivarian Respublikası prezidenti vəzifələrini müvəqqəti olaraq öz üzərinə götürən Milli Assambleya sədri Xuan Quaidonu tanıyır və onu tam dəstəkləyir", — deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi