Yuxarı

Liberiyanın sabiq prezidentinin oğlu pul saxtalaşdırılmasında ittiham olunur

​Liberiyada prezidentin oğlu pul saxtalaşdırılmasında ittiham olunur

Bakı. 6 mart. REPORT.AZ/ Liberiyanın sabiq prezidenti Ellen Sirlifin oğlu, hazırda Liberiya Mərkəzi Bankının rəhbər müavini postunu tutan Çarlz Sirlifə qarşı rəsmi olaraq pul saxtalaşdırılması üzrə ittiham irəli sürülüb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, saxtalaşdırılmış pulun miqdarı milyonlarla dollar təşkil edir.

Ç.Sirlif konkret olaraq iqtisadiyyatın sabotaj edilməsi, dövlət vəsaitlərindən məqsədyönlü olmayan formada istifadə və cinayətə yardım göstərilməsi maddələri ilə ittiham olunur. Onunla yanaşı, məhkəmə qarşısına Mərkəzi Bankın bank məsələləri üzrə direktoru Dorbor Haqba və Mərkəzi Bankın keçmiş rəhbəri Milton Uiks çıxacaq. Onların hər üçü girov qarşılığında azadlığa buraxılma imkanı olmadan təcridxanaya yerləşdirilib.

İstintaq 100 milyon dollardan çox pulun yoxa çıxmasından sonra başlanıb. Bu, Liberiyanın ÜDM-nin, təxminən, 4,75%-ni təşkil edir. Bu kəsiri ABŞ-ın "Kroll Associates Inc." özəl auidit şirkəti aşkar edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi