Leyboristlər “Brexit” qanununun parlamentdə müzakirəsinə qarşıdırlar

Leyboristlər “Brexit” qanununun parlamentdə müzakirəsinə qarşıdırlar Böyük Britaniyadakı müxalif Leyboriastlər Partiyası Baş nazir Tereza Meyi “Brexit”lə bağlı qanun layihəsini millət vəkillərinin səsverməsinə çıxarmamağa çağırıb.
Digər ölkələr
22 May , 2019 12:19
Leyboristlər “Brexit” qanununun parlamentdə müzakirəsinə qarşıdırlar

Böyük Britaniyadakı müxalif Leyboriastlər Partiyası Baş nazir Tereza Meyi “Brexit”lə bağlı qanun layihəsini millət vəkillərinin səsverməsinə çıxarmamağa çağırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu müxalifətin “Brexit” üzrə dövlət katibi Keir Starmer bildirib.

O, baş nazirin “Brexit”lə bağlı Avropa İttifaqı ilə razılığa gəlməyə dair onlara təqdim etdiyi təklifləri “çox zəif” hesab edib.

Bundan əvvəl Tereza Meyin “Brexit”lə bağlı yeni razılaşmanın təfərrüatını açacağı bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi