Le Pen Fransa parlamentini buraxmağa çağırıb

Le Pen Fransa parlamentini buraxmağa çağırıb Milli Yığıncaq Partiyasının lideri Marin Le Pen Fransa Milli Yığıncağını (parlamentin aşağı palatası) buraxmağa çağırıb.
Digər ölkələr
27 May , 2019 06:59
Le Pen Fransa parlamentini buraxmağa çağırıb

Milli Yığıncaq Partiyasının lideri Marin Le Pen Fransa Milli Yığıncağını (parlamentin aşağı palatası) buraxmağa çağırıb.

"Report" xəbər verir ki, onun təklifi Avropa Parlamentinə keçirilən seçkilərin ilkin nəticələrinin açıqlanması fonunda səslənib.

Le Pen Beşinci Respublika başçısı üçün keçmiş səsverməni "referendum" adlandırıb və prezident Emmanuel Makronu müvafiq nəticələr çıxarmağa çağırıb.

"20minutes" yazır ki, Le Penin sözlərinə görə, Makronun parlamenti buraxmaqdan başqa seçimi yoxdur.

Son xəbərlər

Orphus sistemi