Lavrov: "Suriyada münaqişənin həlli üçün ilkin şərt olmamalıdır"

Lavrov: "Suriyada münaqişənin həlli üçün ilkin şərt olmamalıdır" "Əgər vəziyyətin 100 faiz yaxşılaşmasını gözləsək, o zaman heç nə əldə olunumayacaq"
Digər ölkələr
27 Avqust , 2016 02:39
Lavrov: Suriyada münaqişənin həlli üçün ilkin şərt olmamalıdır

Bakı. 27 avqust. REPORT.AZ/ Suriyada münaqişənin siyasi yol ilə həlli üçün ilkin şərt olmamalıdır.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Siyasi proses bizim əsas məqsədimizdir. Ona yaxın düşmək üçün biz vəziyyətin sakitəşməsinə, humanitar yardımın əlçatan olmasına çalışacağıq. Lakin bizim son dərəcə əminliyimizə görə, burada hər hansı bir ilkin şərt olmamalıdır. Əgər vəziyyətin 100 faiz yaxşılaşmasını gözləsək və yalnız ondan sonra siyasi prosesə başlasaq, o zaman heç nə əldə olunmayacaq", - deyə Lavrov ABŞ-ın dövlət katibi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Son xəbərlər

Orphus sistemi