Lavrov: Skripalın zəhərlənməsində istifadə edilən maddə ABŞ və Britaniyada istehsal olunur

Lavrov: Skripalın zəhərlənməsində istifadə edilən maddə ABŞ və Britaniyada istehsal olunur Bakı. 14 aprel. REPORT.AZ/ Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində BZ maddəsindən istifadə edilib. Bu maddə ABŞ və Britaniyada istehsal edilir.
Digər ölkələr
14 Aprel , 2018 19:31
Lavrov: Skripalın zəhərlənməsində istifadə edilən maddə ABŞ və Britaniyada istehsal olunur

Bakı. 14 aprel. REPORT.AZ/ Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın nümunələrini analiz edən İsveçrənin Təhqiqat Mərkəzinin məlumatına görə, Solsberidə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsində "BZ" maddəsindən istifadə edilib. Bu maddə ABŞ və Britaniyada istehsal edilir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə siyasəti üzrə Məsləhət Şurasının iclasında deyib.

Rusiyanın XİN başçısı qeyd edib ki, bu maddə Rusiyada və SSRİ-də hazırlanmayıb.

Nazir bildirib ki, Moskva məxfilik şəraitində İsveçrənin Radioloji Mərkəzindən Solsberi təhqiqatına dair analizin nəticələrini alıb. Təhqiqat Şpiç şəhərində aparılıb. Lavrov qeyd edib ki, bunlar Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatın xətti ilə Solsberidə, hadisə yerindən götürülən və təşkilatın mütəxəssisləri tərəfindən göndərilən nümunələrdir. 

Onun sözlərinə görə, isveçrəli mütəxəssislər təhqiqatı martın 27-də başa çatdırıblar.

Son xəbərlər

Orphus sistemi