Lavrov: "Rusiya KSQT-dən Solsberidə aşkarlanmış "BZ" maddəsi ilə bağlı cavab gözləyir"

Lavrov: "Rusiya KSQT-dən Solsberidə aşkarlanmış "BZ" maddəsi ilə bağlı cavab gözləyir" Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından (KSQT) ABŞ və Britaniyada istehsal edilən BZ maddəsinin Solsberidə hadisə yerindən götürülmüş nümunələrinin cavablarını gözləyir.
Digər ölkələr
16 Aprel , 2018 23:58
Lavrov: Rusiya KSQT-dən Solsberidə aşkarlanmış BZ maddəsi ilə bağlı cavab gözləyir

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatından (KSQT) ABŞ və Britaniyada istehsal edilən "BZ" maddəsinin Solsberidə hadisə yerindən götürülmüş nümunələrinin cavablarını gözləyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "BBC" telekanalına müsahibəsində deyib.

"İsveçrənin laboratoriyasının məruzəsində bildirilir ki, onlar Solsberidə 1955-ci ildə ABŞ-da yaradılmış və bu ölkə, habelə Britaniya ordusunun silahlanmasında istifadə edilən "BZ" maddəsini tapıblar. Biz etibar etdiyimiz KSQT-dən soruşduq ki, həqiqətənmi A-234-lə yanaşı, "BZ" maddəsi aşkar edilib?", - deyə Lavrov bildirib.

XİN rəhbəri qeyd edib ki, Moskva KSQT-dən cavab gözləyir. Rusiya təşkilata inanır, lakin yoxlama aparmaq istəyir.

Nazir həmçinin növbəti dəfə deyib ki, A-234 maddəsi bir çox ölkələrdə istehsal edilə bilər. Bir halda ki, onun hazırlanma düsturu çoxdan yayılıb.

"Bu maddə doğrudan da Sovet İttifaqında yaradılıb. Lakin sonradan onun yaradanlardan biri ABŞ-a qaçaraq maddənin düsturunu dərc etdirib. Əgər yoxlamaq istəyirsinizsə, bu məsələni qaldırmaq lazımdır. Maddə ya Amerika ordusuna, ya da xüsusi xidmət orqanlarına istifadə üçün qəbul edilib – dəqiq yadımda deyil", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi