Las-Veqasda yaralananların sayı 400 nəfəri keçib

Las-Veqasda yaralananların sayı 400 nəfəri keçib Stiven Paddokun insanlara atəş açdıqdan sonra intihar etməsi versiyası da istisna edilmir
Digər ölkələr
2 Oktyabr , 2017 17:18
Las-Veqasda yaralananların sayı 400 nəfəri keçib
REUTERS

Bakı. 2 oktyabr. REPORT.AZ/ Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində yaralananların sayı 400-ü keçib.

"Report" "Guardian"a istinadən xəbər verir ki, 64 yaşlı Stiven Paddokun festivala qatılan 22 minlik insan izdihamını atəşə tutması nəticəsində 406 nəfər müxtəlif dərəcəli xəsarət alıb və onların hamısı xəstəxanaya çatdırılıb.

Ölənlərin sayında isə dəyişiklik yoxdur - 50 nəfər.

Məlumata görə, hadisə yerinə gələn xüsusi təyinatlılar şübhəli şəxsi mehmanxana nömrəsində artıq ölmüş vəziyyətdə aşkar edib.

Öz növbəsində, şerifin müavini Kevin MakMahill bildirib ki, axtarış zamanı S.Paddokun qaldığı nömrədən səkkiz silah tapılıb. O eyni zamanda şübhəli şəxsin insanlara atəş açdıqdan sonra intihar etməsi versiyasını da istisna etməyib.

Son xəbərlər

Orphus sistemi