
Bakı. 12 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərinin Kanyon Sprinqs orta məktəbinin qolf meydançası baş verən atışma nəticəsində şagirdlərdən biri ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Bildirilir ki, məktəbə giriş-çıxış bağlanıb. Müəllim və şagirdlərə binalarda qapıları bağlamaq və içəri kənar şəxs buraxmamaq tövsiyyə edilib.
Hadisənin başqa təfərrüatları məlum deyil.
Faktla bağlı hələ ki, heç kim saxlanılmayıb.
News Department
Xəbərin müəllifi