La-Manş boğazında 22 miqrant saxlanılıb

La-Manş boğazında 22 miqrant saxlanılıb Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində təxminən 22 miqrantın olduğu qayığı saxlayıblar.
Digər ölkələr
11 Noyabr , 2019 00:13
La-Manş boğazında 22 miqrant saxlanılıb

Böyük Britaniya sərhədçiləri La-Manş boğazında göyərtəsində təxminən 22 miqrantın olduğu qayığı saxlayıblar.

“Report” “Evening Standard” nəşrinə istinadən xəbər verir ki, qayıq yerli vaxtla 7:00 saatlarında saxlanılıb.

Miqrantlar Duvr şəhərindəki miqrasiya xidmətinə təhvil verilməzdən əvvəl tibbi müayinədən keçəcəklər.

Saxlanılanların yaşı və milliyyəti barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi