KXDR lideri Cənubi Koreyanın pezidentini Şimali Koreyaya dəvət edib

KXDR lideri Cənubi Koreyanın pezidentini Şimali Koreyaya dəvət edib Bakı. 10 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın Prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.
Digər ölkələr
10 Fevral , 2018 11:09
KXDR lideri Cənubi Koreyanın pezidentini Şimali Koreyaya dəvət edib

Bakı. 10 fevral. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Cənubi Koreyanın Prezidenti Mun Çje İni Şimali Koreyaya dəvət edib.

“Report” xəbər verir ki, bu məlumatı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb.

Cənubi Koreya prezidentinə “qısa zamanda” dəvətlə bağlı məktubu KXDR-in liderinin bacısı Kim Ye Çjon təqdim edib.

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti iştirak edir. Onların arasında Koreya Əmək Partiyası Siyasi Bürosunun üzvü, Kim Çen Inın 26 yaşlı bacısı da var. Fevralın 9-da Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olub, Mun Çje İn onların şərəfinə ziyafət verib. 

Son xəbərlər

Orphus sistemi