​KXDR-in hakim Əmək Partiyasının yeddinci qurultayı başa çatıb

​KXDR-in hakim Əmək Partiyasının yeddinci qurultayı başa çatıb Kim Çen In partiyanın sədri postuna seçilib
Digər ölkələr
9 May , 2016 19:20
​KXDR-in hakim Əmək Partiyasının yeddinci qurultayı başa çatıb

Bakı. 9 may. REPORT.AZ/ Koreya Əmək Partiyasının yeddinci qurultayı başa çatıb. Koreya Xalq Demokratik Respublikasının (KXDR) doqquz əyalətini təmsil edən 3,4 min nəfərdən çox nümayəndənin iştirak etdiyi qurultay Pxenyanda işini başa vurub. "Report" xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Kim Çen In partiyanın sədri postuna seçilib. O, daha əvvəl birinci katib kimi partiyaya başçılıq edirdi. Kim Çen In həmçinin Dövlət müdafiə komitəsinin birinci sədridir və Koreya Xalq Demokratik Respublikasının marşalı rütbəsində ölkənin silahlı qüvvələrinə komandanlıq edir.

Qurultay nümayəndələri həmçinin Mərkəzi Komitənin Siyasi Bürosunun rəyasət heyətinin tərkibini də təsdiq ediblər. Bu qurumun tərkibinə ölkə lideri Kim Çen Indan başqa, parlament rəhbəri Kim En Nam, baş nazir Pak Bon Dyu və digər rəsmi şəxslər daxil ediliblər.

Qurultayda həmçinin partiyanın Mərkəzi Komitəsinin 19 nəfərdən ibarət Siyasi Bürosu da formalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi