KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçıb

KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçıb "Aşağı rütbəli" KXDR hərbçisi "qatı duman"dan istifadə edərək gecə saatlarında qərb nəzarət-buraxılış məntəqəsində görünüb
Digər ölkələr
21 Dekabr , 2017 05:59
KXDR-in daha bir hərbçisi Cənubi Koreyaya qaçıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Daha bir Şimali Koreya hərbçisi quru sərhədi ilə keçməklə Cənubi Koreyaya qaçıb.

“Report” xəbər verir ki, bu barədə Qərərgah Rəisləri Komitəsinə istinadən "Renxap" agentliyi məlumat yayıb.

Bildirilir ki, "aşağı rütbəli" KXDR hərbçisi "qatı duman"dan istifadə edərək gecə saatlarında qərb nəzarət-buraxılış məntəqəsində görünüb.

Bundan əvvəl noyabrda KXDR əsgərinin demilitarizasiya edilmiş zonadan Cənubi Koreyaya keçdiyi məlum olmuşdu. Sonradan Seul qaçışın təfərrüatlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi