Yuxarı

KXDR daha bir nüvə sınağını həyata keçirəcək

KXDR daha bir nüvə sınağını həyata keçirəcək
Sınaq bu ayın sonlarında keçirilə bilər – deyə mənbə bildirib
© Courtesy İmage

Bakı. 24 mart. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) yaxın günlərdə daha bir nüvə sınağını keçirmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Fox News"a ABŞ-ın adının çəkilməsini istəməyən məmurlarından birinə istinadən xəbər verib.

"Sınaq bu ayın sonlarında keçirilə bilər" – deyə mənbə bildirib.

Xəbərdə həmçinin qeyd edilir ki, ABŞ-ın Müdafiə Nazirliyinin təmsilçiləri KXDR-in nüvə sınağı meydançasına – Punqeriyə aparan yeni tuneli müəyyənləşdiriblər. Lakin buna baxmayaraq KXDR hakimiyyəti ora zəruri avadanlığı yerləşdirməyib.

Qeyd edək ki, bir qədər əvvəl KXDR-in uğursuz ballistik raket sınağı keçirdiyi məlum olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi