KXDR Cənubi Koreya ilə danışıqlar aparmağa razılıq verib

KXDR Cənubi Koreya ilə danışıqlar aparmağa razılıq verib Bakı. 5 yanvar. REPORT.AZ/ Şimali Koreya hakimiyyəti gələn həftə Cənubi Koreyanın nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib.
Digər ölkələr
5 Yanvar , 2018 06:19
KXDR Cənubi Koreya ilə danışıqlar aparmağa razılıq verib

Bakı. 5 yanvar. REPORT.AZ/ Şimali Koreya hakimiyyəti gələn həftə Cənubi Koreyanın nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib.

"Report" xəbər verir ki, bu barədə "Ryonxap" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, Pxenyanla Seul arasında danışıqlar yüksək səviyyədə keçirilməlidir. 

Tərəflər problemləri sənədlərin mübadiləsi ilə işgüzar səviyyədə müzakirə etməyi razılaşdırıblar.

Daha əvvəl məlum olub ki, KXDR və Cənubi Koreya nümayəndələri arasında sərhədyanı Pxanmundcomda "qaynar xətt"in bərpası üzrə telefon danışığı olub. Bundan sonra ikinci danışıq baş tutub. 

Son xəbərlər

Orphus sistemi