KXDR ABŞ-la sammitin təcili keçirilməli olduğunu bəyan edib

KXDR ABŞ-la sammitin təcili keçirilməli olduğunu bəyan edib Bakı. 25 may. REPORT.AZ/ KXDR ABŞ-la Vaşinqton tərəfindən birtərəfli qaydada ləğv olunan sammitin istənilən zaman və istənilən formatda keçirilməsinə hazırdır.
Digər ölkələr
25 May , 2018 03:57
KXDR ABŞ-la sammitin təcili keçirilməli olduğunu bəyan edib

Bakı. 25 may. REPORT.AZ/ KXDR ABŞ-la Vaşinqton tərəfindən birtərəfli qaydada ləğv olunan sammitin istənilən zaman və istənilən formatda keçirilməsinə hazırdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın xarici işlər nazirinin müavini Kim Ke Qvana istinadən "Ryonxap" agentliyi məlumat yayıb.

"Biz ABŞ ilə danışıqlar masası arxasında oturmağa və problemləri istənilən vaxt və istənilən formatda həll etməyə hazırıq", - deyə diplomat bildirib.

Bəyanatda həmçinin gərgin münasibətlərin yoluna qoyulması üçün ABŞ-KXDR sammitinin zəruri olduğu qeyd edilir.

Son xəbərlər

Orphus sistemi