KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir

KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir Bakı. 11 dekabr. REPORT.AZ/ KXDR ABŞ-ın bu ölkənin ali rəhbərliyinin üç üzvünə qarşı yeni sanksiyalarını tarixi Sinqapur sammitinin xoşməramlı ruhuna zidd olan düşmənçilik aktı kimi qiymətləndirir.
Digər ölkələr
11 Dekabr , 2018 07:46
KXDR ABŞ-ın yeni sanksiyalarını siyasi təxribat və düşmənçilik aktı hesab edir

Bakı. 11 dekabr. REPORT.AZ/ KXDR ABŞ-ın bu ölkənin ali rəhbərliyinin üç üzvünə qarşı yeni sanksiyalarını tarixi Sinqapur sammitinin xoşməramlı ruhuna zidd olan düşmənçilik aktı kimi qiymətləndirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın "Rodong Sinmun" qəzetində dərc olunmuş materialda qeyd edilir.

Nəşrin fikrincə, Koreyanın Əmək Partiyasının üç üzvünün insan hüquqlarının müdafiəsi adı altında ABŞ-ın "qara siyahısı"na salınması "dözülməz" siyasi təxribat və KXDR-in Dövlət Şurasının sədri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüşün ruhuna uyğun olmayan düşmənçilik aktıdır.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi Şimali Koreyanın rəhbərliyində təmsil olunan üç vəzifəli şəxsi Koreyada insan haqlarının ciddi pozulmasında və senzurada ittiham edərək, onlara qarşı sanksiyalar tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi