KXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edib

KXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edib Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.
Digər ölkələr
21 Avqust , 2019 08:39
KXDR ABŞ-ı düşmənçilik siyasəti yürütməkdə ittiham edib

Şimali Koreya rəsmiləri bildiriblər ki, ABŞ-ın düşmən siyasəti Koreya Xalq Demokratik Respublikasını (KXDR) özünün müdafiəsini gücləndirilməsi üzrə əks tədbirlər görməyə məcbur edir.

"Report"un məlumatına görə, bu barədə "Nodon sinmun" qəzeti məlumat yayıb.

"Əgər gərginlik və ziddiyyət artsa, münasibətlər yaxşılaşa bilməyəcək, konstruktiv dialoq və möhkəm sülh olmayacaq", - qəzet hökumət rəsmilərindən sitat gətirib.

Həmçinin qeyd edilir ki, ABŞ-ın və Cənubi Koreyanın birgə təlimləri düşmənçilik nümunələrindən biridir.

"Beləliklə, Pxenyan milli müdafiə üçün lazım olan hazırlığa, sınağa və güclü vasitələri inkişaf etdirməyə məcbur edilib", - söyləyib.

Daha əvvəl KXDR Cənubi Koreyanın ABŞ-la birgə hərbi təlimlər keçirməsini "ağılsızlıq" adlandıraraq, bunun nəticələrinin ağır ola biləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi