KXDR ABŞ-dan Pompeonun əvəzlənməsini tələb edib

KXDR ABŞ-dan Pompeonun əvəzlənməsini tələb edib XİN: "Hər dəfə Pompeo danışıqlara "burnunu soxanda" ABŞ ilə müzakirələr dalana dirənir"
Digər ölkələr
18 Aprel , 2019 12:32
KXDR ABŞ-dan Pompeonun əvəzlənməsini tələb edib
0 : 00
0 : 00

Şimali Koreya ABŞ-dan dövlət katibi Maykl Pompeonun əvəzinə danışıqlarda yeni rəhbərin seçməsini tələb edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

KİV-də Şimali Koreya Xarici İşlər Nazirliyinin Şimali Amerika Məsələləri Departamentin başçısı adlandırılan Kvon Çon Qın bəyan edib ki, hər dəfə Pompeo danışıqlara "burnunu soxanda" ABŞ ilə müzakirələr dalana dirənir.

"Pompeonin yenidən danışıqlara qatılacağı təqdirdə danışıqların ümumiyyətlə, dayandırılacağından qorxuram", - məmur bildirib.

O, müzakirələr üçün daha ehtiyatlı və müdrik adamın olmasının zəruriliyini deyib.

Cənubi Koreya KİV-nin məlumatına görə, rəsmi Pxenyana Pompeonun ABŞ tərəfinin KXDR ilə danışıqları 2019-cu ilin sonuna qədər tamamlamaq niyyətində olmasını söyləməsi xoş gəlməyib.

Son xəbərlər

Orphus sistemi