Kubanın Vaşinqtondakı səfirliyi fəaliyyətini bərpa edib

Kubanın Vaşinqtondakı səfirliyi fəaliyyətini bərpa edib Dövlət himninin sədaları altında diplomatik missiyanın qarşısında Kuba bayrağı ucaldılıb
Digər ölkələr
21 İyul , 2015 02:06
Kubanın Vaşinqtondakı səfirliyi fəaliyyətini bərpa edib

Bakı. 21 iyul. REPORT.AZ/ Vaşinqtonda 1961-ci ildə bağlanan Kuba səfirliyi ötən gün keçiriən mərasimin ardından fəaliyyətini bərpa edib.

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət himnin sədaları altında diplomatik missiyanın qarşısında Kuba bayrağı ucaldılıb.

Ötən ilin dekabr ayında iki ölkə arasında diplomatik əlaqələrin bərpa edilməsi haqda saziş imzalanıb. Bundan sonra nümayəndə heyətləri arasında, münasibətlərin inkişafı istiqamətində 2 raunddan ibarət danışıqlar aparılıb.

Kuba ilə ABŞ arasında münasibətlərin uzun illər ərzində çox gərgin olmasının səbəbləri var. Belə ki, 1959-cu ildə Kubada Fidel Kastronun rəhbərliyi ilə sosialist inqilabı baş vermişdi. Ağ Ev kommunist Kubanı özü üçün, eləcə də Qərb yarımkürəsi üçün ciddi təhlükə hesab edirdi. 1961-ci ildə Nikita Xruşovun hakimiyyəti dövründə Sovet İttifaqı ilə Birləşmiş Ştatlar arasında "Karib böhranı" yaşandı və bu az qala 3-cü dünya müharibəsinə səbəb olacaqdı.

Son xəbərlər

Orphus sistemi