Yuxarı

Kubada qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

​Kubada qasırğa nəticəsində ölənlərin sayı artıb

Bakı. 17 fevral. REPORT.AZ/ Yanvar ayında Kubada baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinə istinadən "Nuevo Herald" portalı məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət zamanı bir neçə yerindən xəsarət alaraq xəstəxanaya yerləşdirilən, orada iki dəfə əməliyyat olunan 41 yaşlı qadın həkimlərin səylərinə baxmayaraq, fevralın 14-də dünyasını dəyişib.

Bundan əvvəl ölənlərin sayı 6 nəfər idi.

Təbii fəlakət nəticəsində təqribən 200 nəfər xəsaət alıb, 1,2 midən çox bina qismən və ya tam dağılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi