Kubada körpü təmir zamanı uçub, 4 fəhlə ölüb

Kubada körpü təmir zamanı uçub, 4 fəhlə ölüb Körpüyə Mettyu qasırğası zamanı ziyan dəyib
Digər ölkələr
24 Noyabr , 2016 06:21
Kubada körpü təmir zamanı uçub, 4 fəhlə ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ Kanadanın nikel hasil edən "Moa joint venture" şirkətinin 4 işçisi Kubada təmiri ilə məşğul olduqları körpünün uçması nəticəsində ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, körpü Mettyu qasırğası zamanı ziyan çəkib və işçilər ötən ayın sonundan onu təmir etməyə başlayıblar.

Məlumata görə, asayiş keşikçiləri artıq hadisənin araşdırması ilə məşğul olmağa başlayıblar.

Son xəbərlər

Orphus sistemi