Kubada hərbi təyyarə qəzaya uğrayıb

Kubada hərbi təyyarə qəzaya uğrayıb Bakı. 27 fevral. REPORT.AZ/ Çərşənbə axşamı Kubada yerli hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
27 Fevral , 2019 04:06
Kubada hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Çərşənbə axşamı Kubada yerli hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksikanın "Milenio" portalı məlumat yayıb.

Bildirilir ki, təyyarə Havanadan təqribən 40 km aralıda yerləşən Artemisa əyalətinin Quira-de-Melena bələdiyyəsində yerə düşüb. Pilot katapult edə bilib, təyyarə boş əraziyə düşüb.

İlkin məlumatlara görə, söhbət Sovet istehsalı olan "MiQ-23" qırıcısından gedir.

Son xəbərlər

Orphus sistemi