Bakı. 23 iyul. REPORT.AZ/ Kubada onlarla insanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə "Granma" məlumat yayıb.
Məlumata görə, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 37 nəfər yaralanıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Yük avtomobilinin sürücüsünün köməksçisinin sözlərinə görə, avtobus arxadan "KamAZ"a çırpılıb.